Rusiyada 14 yaşına kimi uşaqlara sosial şəbəkədən istifadə edilməsi qadağan edilə bilər.
Oxu.Az-ın Trend-ə istinadla məlumatına görə, sosial şəbəkələrdə qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilməli olacaq.
Bununla bağlı xüsusi qanun lahiyəsi hazırlanıb. Qanun lahiyəsi Dövlət Dumasına aprelin 5-si təqdim olunacaq.
A.S.
www.oxu.az