Rusiyanın Stavropol vilayətində “Su-25” tipli təyyarə qəzaya uğrayıb, pilot ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti agentliyinə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə fevralın 29-da saat 19:23 radələrində baş verib.
Təyyarə Bedennovsk aeroportu yaxınlığında təlim uçuşunu həyata keçirərkən qəzaya uğrayıb.