İvanovo vilayətində “İl-76”nın qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, təyyarədə səkkiz ekipaj üzvü və yeddi sərnişinin olub.
Nazirlik əlavə edib ki, faciəyə səbəb uçuş zamanı mühərriklərdən birində baş vermiş yanğın olub.
Mənbə: “BAZA” “Telegram” kanalı
15:02
Rusiyada hərbi təyyarənin qəzaya uğramasının təfərrüatı məlum olub.
Belə ki, Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan “İl-76” təyyarəsi təlim uçuşu həyata keçirib.
Mənbə yazır ki, “Severnı” aerodromundan havaya qalxan “İl-76” təyyarəsi yalnız bir neçə dəqiqə havada qala bilib, pilot dönmə hərəkətini icra edərkən təyyarənin mühərriki yanmağa başlayıb.
İlkin məlumatlara görə, pilot təyyarəni aerodroma endirməyə çalışıb, lakin bunu edə bilməyəcəyini anlayanda təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdırmağa başlayıb. Bundan sonra təyyarə qəbiristanlığın yaxınlığındakı meşəlik əraziyə düşüb.
Qeyd olunur ki, təyyarənin göyərtəsində 12 nəfər olub. Artıq qəza zamanı beş nəfərin həyatını itirdiyi təsdiqini tapıb.
Mənbə: Lenta.ru
14:44
Rusiyanın İvanovo vilayətində təyyarə havada alovlara bürünüb.
Ehtimallara görə, hava gəmisinin mühərriklərindən biri yanıb.
Şahidlər sosial şəbəkələrdə baş verənlərin kadrlarını yayıblar.
Rusiyada təyyarə qəzasında ölənlərin sayı artdı - YENİLƏNİB + VİDEO
Hadisə “Severnı” aerodromunun üzərində qeydə alınıb. İlkin məlumata görə, təyyarə yerli qəbiristanlıq ərazisinə təcili eniş edə bilib.
Hazırda ərazidə yanğın müşahidə olunur, ərazi qara tüstüyə bürünüb.
Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Mənbə: “BAZA” “Telegram” kanalı
Rəylər