Rusiyanın İvanovo vilayətindəki Uvodskoye su anbarı yaxınlığında "An-22" təyyarəsi qəzaya uğrayıb. Təyyarənin hissələri suyun üzərindən tapılıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə təcili yardım xidmətləri məlumat verib.
"An-22" ("Antey") təyyarəsinin yeddi heyət üzvünün öldüyü ehtimal olunur.
Hazırda təcili yardım xidmətləri hadisə yerində işləyir.
Təyyarənin təmirdən sonra adi sınaq uçuşu etdiyi bildirilir. Qəzanın yanacaq sızması səbəbindən baş verdiyi ehtimalı olunur.
Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda "An-22" təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, məlumatı REN TV yayıb.
Təyyarədə yeddi heyət üzvü olub.
Yaralılar barədə məlumat dəqiqləşdirilir.
İlkin məlumata görə, təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsusdur.
"An-22" hərbi nəqliyyat təyyarəsi "Antonov" Aviasiya Şirkəti tərəfindən hazırlanmış dünyanın ən böyük turbovintli təyyarəsidir.