Rusiyada qəzaya uğrayan L-39 təlim təyyarəsinin pilotlarının axtarışı davam edir.
Oxu.Az xəbər verir ki, pilotlar katapult etdikdən sonra suya düşüblər.
Qeyd edək ki, təyyarə Azov dənizinə düşüb.
21.47
Rusiyada L-39 təlim təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, hadisə Krasnodar diyarı ərazisində baş verib.
Təyyarənin suya düşdüyü bildirilir.
Ərazidə xilasetmə-axtarış əməliyyatı aparılır. Qəzaya səbəb kimi texniki nasazlıq göstərilir.