Rusiyanın Primorsk vilayətinin Ussuriysk şəhərində tikinti materialları anbarında böyük yanğın başlayıb.
Bu barədə Oxu.Az yerli KİV-ə və "Telegram" kanallarına istinadən məlumat verir.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, yanğının sahəsi 3000 kvadratmetr təşkil edib.
Teremetski küçəsində yerləşən anbar fərdi sahibkara məxsusdur. Hadisə yerinə dərhal yanğınsöndürənlər gəliblər. Yanğınla mübarizədə 30-dan çox mütəxəssis və altı texnika cəlb olunub. Xilasedicilər alovun qonşu binalara və tikililərə yayılmasının qarşısını almağa çalışırlar.
Rəylər