Rusiyanın paytaxtı Moskvada başı gölməçədə, bədəni isə Balaşixadakı mənzildə tapılan altı yaşlı oğlanın anası onu öldürdüyünü etiraf edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.
"Dindirilmə zamanı qadın uşağını öldürdüyünü etiraf edərək, təqsirini boynuna alıb, lakin onu öldürməsinin motivlərini izah edə bilməyib", - məlumatda qeyd olunub.
Moskvadakı Qolyanovski gölündən içərisində kəsilmiş uşaq kəlləsi olan paket tapılıb.
Oxu.Az "112" "Telegram" kanalına istinadən xəbər verir ki, azyaşlının başsız bədəni isə Balaşixadakı mənzilin eyvanında aşkar edilib.
Mərhumun 6 yaşlı oğlan olduğu və noyabrın 14-də qətlə yetirildiyi müəyyənləşib.
Onun qətlində uşağın anası və qadının sevgilisi şübhəli bilinir. 31 yaşlı qadının yüngül həyat tərzi keçirdiyi, narkotiklərdən istifadə etdiyi bildirilir.
Uşağı sonuncu dəfə məhz atalığı nənəsinin evindən götürüb, bundan sonra azyaşlını görən olmayıb.
Faktla bağlı araşdırma aparılır.