Rusiyanın Kareliya vilayətinin Pryajinsk rayonunda Syamzero gölündə turist gəzintisi zamanı on uşaq ölüb.
Oxu.Az-ın Life-a istinadən xəbərinə görə, səyahətçilər fırtınaya düşüblər.
Nəşrin məlumatına əsasən, daha üç uşağın axtarışı davam edir.
Məlumatda bildirilir ki, turist qrupu 12-17 yaşlı yeniyetmələrdən ibarət olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin mətbuat xidmətinin rəisi Fedor Polşin on iki nəfərin xilas edildiyini bildirib. O qeyd edib ki, xilasetmə işlərinə iki helikopter cəlb olunub.