Xüsusi təyinatlılar Rusiyaya terror aktı törətmək üçün gələn üç Türkiyə vətəndaşını axtarır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, 30 yaşlı İstanbul sakini Moskva və Mərkəzi Federal dairə ərazisində sabitliyi pozmaq üçün aksiyalar keçirmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə LifeNews-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Əldə olan məlumata görə, Yelgin Aslan öz əlbirləri ilə Rusiya ərazisində terror aktları həyata keçirmək niyyətindədir. O, İŞİD-in Türkiyə bölmələrindən birinin lideridir. Suriya yaraqlıları ilə sıx əlaqə saxlayır”, - mənbə bildirib.
Yelgin Aslanın və onun əlbirlərinin axtarışına Federal təhlükəsizlik xidmətinin əməkdaşları, eləcə də DİN-in əməkdaşları cəlb edilib. Müxtəlif polis idarələrinə axtarışda olan şəxslərin əlamətləri barədə məlumat göndərilib.