"An-24" təyyarəsinin qəzaya uğradığı Rusiyanın Amur vilayətində üçgünlük matəm elan edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə vilayətin qubernatoru Vasili Orlov öz "Telegram" kanalında məlumat verib.
"Bölgədə üçgünlük matəm elan edirəm. İyulun 25, 26 və 27-də Amur vilayətinin bütün ərazilərində bayraqlar endiriləcək. Bu dəhşətli faciə 48 nəfərin həyatına son qoyub", - deyə o yazıb.