Xarici agentlərə dair qaydaları pozduğuna görə İlya Varlamovu 30 ilə 50 min rubl arasında cərimə gözləyir.
Müvafiq materiallar cümə axşamı Moskvanın Meşçanski Məhkəməsinə daxil olub.
Materiallara baxılma tarixi hələ müəyyən edilməyib.
Həmçinin, məhkəmə bloqerə qarşı protokolun tərtib edilməsinə Varlamovun hansı postlarının səbəb olduğunu dəqiqləşdirməyib.
Xatırladaq ki, martın sonunda Rusiya Ədliyyə Nazirliyi Varlamovu xarici agentlərin reyestrinə daxil edib. İdarədən bildirilib ki, Varlamov hakimiyyət orqanlarının qəbul etdiyi qərarlar və onların apardığı siyasətlə bağlı yalan məlumatlar yayıb, xarici mənbələrdən dəstək alıb.
Mənbə: TASS