Rusiyanın Novokuznetsk şəhərinin 1 nömrəli Şəhər Klinik Xəstəxanasının baş həkimi və şöbə müdiri saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Komitənin rəsmisi Svetlana Petrenkonun sözlərinə görə, müəssisənin baş həkimi və yeni doğulan körpələrin reanimasiya şöbəsinin rəhbəri vəzifəsini icra edən şəxs məsuliyyətə cəlb ediliblər.
//////
Müstəntiqlərin sözlərinə görə, 2026-cı il yanvarın 4-12-si aralığında doqquz yeni doğulan körpə peşə səhlənkarlığı ucbatından ölüblər.
Tibb işçiləri səhlənkarlıqda və səhlənkarlıqdan ölümə səbəb olmaqda şübhəli bilinirlər. Hadisə ilə bağlı istintaq aparılır. İttihamlar və məhkəməyəqədər həbs qərarı nəzərdən keçirilir.
Xatırladaq ki, dünən Novokuznetskdəki doğum evində Yeni il tətili günlərində doqquz körpənin öldüyü barədə xəbərlər yayılıb.