Rusiyanın Komsomolsk-na-Amure şəhərində yanğınsöndürənlər yanan dördmərtəbəli evdən 22 nəfəri, o cümlədən, yeddi uşağı xilas ediblər.
“RİA Novosti” xəbər verir ki, xəsarət alanlar barədə məlumat yoxdur.
Təhlükə ilə üzləşən insanlar eyvanlara çıxaraq kömək istəyiblər.
Yanğının binanın zirzəmisindən başladığı qeyd edilir.