Rusiya Federal Avtomobil Yolları Agentliyinin Torpaq Fondunun rəis müavini və Federal Dəmir Yolu Nəqliyyatı Agentliyin əməkdaşı Andrey Korneyçuk iş yerində ilkin ehtimala görə ürək çatışmazlığından dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS tibb xidmətlərinə istinadən məlumat yayıb.
Yekun nəticə məhkəmə-tibbi ekspertizasından sonra veriləcək.
Rusiya Dəmir Yolu Nəqliyyatı Agentliyinin Əmlakın İdarə Edilməsi Şöbəsinin müdir müavini Aleksey Korneyçuk Nəqliyyat Nazirliyinin binasında ölüb.
Oxu.Az bu barədə "Baza" "Telegram" kanalına istinadla xəbər verir.
Bildirilir ki, məmur müşavirə zamanı dünyasını dəyişib.
Məlumata görə, 42 yaşlı Korneyçuk müşavirə zamanı qəfil ayağa qalxıb, sonra yerə yıxılaraq ölüb.