Çelyabinsk vilayətinin Kopeysk şəhərindəki müəssisələrin birində baş vermiş partlayış nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilir ki, partlayış zamanı altı nəfər də xəsarət alıb.
"Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərindəki müəssisələrin birində baş vermiş partlayış nəticəsində dörd nəfər həlak olub, bir neçə nəfər isə xəsarət alıb".
Oxu.Az bildirir ki, bu barədə bu barədə vilayətin qubernatoru Aleksey Teksler açıqlamasında deyilir.
İnsidentin hansı səbəbdən baş verdiyi barədə məlumat verilmir.
"112" "Telegram" kanalı partlayışın "Plastmass" zavodu ərazisində qeydə alındığını yazıb.