Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyada zəncirvari qəza: 29 avtomobil toqquşdu
Rusiyanın Altay diyarının Biysk şəhərində magistral yolda yük və minik avtomobillərinin iştirakı ilə böyük zəncirvari qəza baş verib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) Altay diyarı üzrə Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, qəzada 29 avtomobil toqquşub.
Hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlər aparılır.
Hazırda hadisənin baş verdiyi Zarya qəsəbəsi yaxınlığındakı yolda ciddi tıxac yaranıb və əks istiqamətdə hərəkət təşkil olunub.
İlkin məlumata görə, qəzada xəsarət alan yoxdur.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Peskov Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsinə hazırlıqdan danışıb
- Nikita Mixalkov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb
- Rusiyada hərbi helikopter qəzaya uğradı: Ekipaj həlak oldu
- Türkiyəli ekspert "Haber Global"da husilərin Rusiya ilə gizli əməkdaşlığından danışıb
- KİV: "ABŞ Krımı Rusiya ərazisi kimi tanıya bilər"
Ən çox oxunanlar