Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyadan 46 milyard dollar pul aparıldı: İş adamı həbs olundu
Rusiyanın Rostov vilayətinin Daxili İşlər Nazirliyi İdarəsinin əməkdaşları və FTX (Federal təhlükəsizlik xidməti) əməkdaşları Rusiyadan pul vəsaiti çıxarmaqda ittiham edilən biznesmen Aleksandr Qriqoryevi saxlayıblar, bu barədə kommersant.ru məlumat yayıb.
Oxu.Az xəbər verir ki, Qriqoryev hələ keçən həftə Moskvanın Yeni Arbat küçəsində yerləşən “Sfera” restoranında saxlanılıb.
Saxlanılan zaman ona oğurlanmış pulları könüllü təhvil vermək təklif edilib, amma biznesmen nədən söhbət getdiyini anlamadığını və onda pul vəsaitinin olmadığını bildirib.
Ertəsi gün ona qarşı həbs-qətimkan tədbiri seçildikdə Qriqoryev məhkəmədən 105 milyon rubl müqabilində zaminə buraxılmasını xahiş edib.
Məhkəmə bu xahişi təmin etməyib və biznesmen iki ay müddətinə həbs olunub.
Müstəntiqlər ehtimal edirlər ki, daha öncə “Zapadnıy”, “Transportnıy”, “Russki zemelniy Bank” və “Doninvest” banklarının həmtəsisçisi olan Aleksandr Qriqoryev Rusiyadan pul vəsaitinin çıxarılması ilə məşğul olan 500 nəfərdən çox adamın daxil olduğu cinayətkar qrupa rəhbərlik edib.
Qrupa həmçinin 60-a yaxın, o cümlədən də dövlət iştirakı olan banklar daxil olub.
İstintaqın məlumatına əsasən, Qriqoryev və onun komandasının üzvləri 4 il ərzində Rusiyadan 46 milyard dollardan çox pul çıxarıblar.