Rusiya prezidenti Vladimir Putin martın 29-da Nijni Novqorodda prezident komissiyasında xarici ölkələrlə hərbi texniki əməkdaşlıq üzrə iclas keçirib.
Oxu.Az Kommersant-a istinadən xəbər verir ki, iclasın gedişatında MDB ölkələrinə, əsasən də Azərbaycana silah tədarükü məsələsi müzakirə edilib.
Nəşr qeyd edir ki, Azərbaycana Rusiya tərəfindən T-90C tankları, zirehli piyada maşını ZPM-3, Mi-17B-1 helikopterləri çatdırılıb, eləcə də 18 ədəd TOS-1A-nın tədarükünə dair müqavilə ləğv edilib.
İclasın gedişatında müqavilələrin, əsasən də Azərbaycana ZTR-82A tədarükünə dair məsələ müzakirə edilib.