Sentyabrın 28-nə keçən gecə Rusiya ordusu Ukrayna paytaxtı Kiyevə dron və raketlərlə kütləvi hücum edib.
Oxu.Az bu barədə "Korrespondent" nəşrinə istinadla xəbər verir.
Hücum nəticəsində biri 12 yaşlı qız olmaqla, dörd nəfər həlak olub. Azı 40 nəfərin yaralandığı təsdiqlənib. Onların arasında uşaqlar da var.
Bildirilir ki, hücum zamanı yaşayış evlərinə və mülki infrastruktura ciddi ziyan dəyib.
Ukrayna Prezidenti Volodomir Zelenskinin sözlərinə görə, Rusiya ordusunun Ukraynaya hava hücumu 12 saat davam edib: "Hücum zamanı 500-ə yaxın drondan və 40-dan çox raketdən istifadə edilib".