Rusiya Silahlı Qüvvələri ötən gecə Kiyevdə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və saxlanması ilə məşğul olan hərbi-sənaye kompleksi obyektlərinə çoxsaylı zərbələr endirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi öz "Telegram" kanalında məlumat verib.
Bundan əlavə, Odessa, Çernomorsk və Odessa vilayətinin İzmail şəhərində hərbi məqsədli yüklərin çatdırılması və saxlanması üçün istifadə edilən liman infrastruktur obyektləri də vurulub.
Məlumata görə, Kiyevdə yüksək yüktutumlu, uzaqmənzilli, ağır "E-300 Enterprise" və "D-80 Discovery" PUA-larının hazırlanması və istehsalı üzrə ixtisaslaşmış "Aerodron" müəssisəsi, 200 km-ə qədər uçuş məsafəsinə malik "Fire Point-2" PUA-sının yığılması və saxlanması ilə məşğul olan "Fanplit" özəl müəssisəsi raket zərbələrinə məruz qalıb.
Rusiya Odessa vilayətində taxıl, konteyner və toplu yüklərin əhəmiyyətli hissəsini emal edən və Ukraynanın aqrar ixracatının 90%-ə qədərini təmin edən Çornomorsk limanını vurub ki, bu liman Ukrayna Silahlı Qüvvələri üçün hərbi yüklərin və yanacaq-sürtkü yağlarının daşınması üçün əsas mərkəzdir.
Ukrayna kənd təsərrüfatı və dağ-metallurgiya məhsullarının ixracını həyata keçirən və Ukrayna Silahlı Qüvvələri üçün logistika mərkəz olan Yujnıy limanına zərbələr endirilib.
Dunay çayında Ukrayna Silahlı Qüvvələri üçün əsas alternativ logistika mərkəzi olan İzmail limanı zərbələrin hədəfi olub.