Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyadan Ukraynaya kütləvi raket hücumu: Ölü və yaralıların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO
Rusiyanın Ukraynanın müxtəlif şəhərlərini kütləvi raket atəşinə tutması nəticəsində beş nəfər ölüb, 127 nəfər yaralanıb.
Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) mətbuat şöbəsi “Telegram”da məlumat yayıb.
Xatırladaq ki, yanvarın 2-də Rusiya ordusu Ukraynaya 99 ədəd müxtəlif tipli raket atıb ki, onlardan cəmi 72-sini zərərsizləşdirmək mümkün olub. Raket zərbələrinin çoxu paytaxtın payına düşüb.
13:51
Rusiya Silahlı Qüvvələrinin Ukraynaya raket hücumları nəticəsində azı dörd nəfər həlak olub, 92 nəfər yaralanıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” hesabından xəbər verib.
Onun sözlərinə görə, dekabrın 31-dən Rusiya ordusu artıq 170-ə yaxın “Shahed” dronlarından və onlarla müxtəlif tipli raketlərdən istifadə edib.
“Hücumların əksəriyyəti mülki hədəflərə yönəlib”, - deyə dövlət başçısı vurğulayıb.
13:14
Kiyev Rusiyanın kütləvi raket hücumuna məruz qalıb. Ukrayna paytaxtına “Kinjal” aeroballistik səsdən sürətli raketləri atıb. Nəticədə binalara zərər dəyib, yanğınlar baş verib.
Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, hücumlar nəticəsində azı 12 nəfər yaralanıb.
Sakinlər kütləvi hücumlardan qorunmaq üçün metro stansiyalarına sığınıblar.
Bundan başqa, Xarkovun mərkəzindəki yaşayış massivlərinə də bir neçə zərbə olub: yaşayış binalarına və avtomobillərə ciddi ziyan dəyib.
Son məlumatlara görə, azı 41 nəfər yaralanıb.
Mənbə: kyiv.tsn.ua
"Ukrayna" teqi üzrə xəbərlər
- Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib
- Slovakiyanın baş nazirindən iddia: "Zelenski mənə 500 milyon avro rüşvət təklif etdi"
- Tatarıstanda yaşayış binasına dron hücumu: Ölkədə bütün kütləvi tədbirlər ləğv edildi
- Slovakiya Ukraynanı münaqişə ilə hədələdi
- Ermənistan Ukraynaya ordu göndərir?
Rəylər