Rusiyalı balerina Anastasiya Voloçkovanın evindəki “çılpaq gecə”dən videosu yayılan aktyor və şoumen Nikita Ciqurdanın arvadından dəstək paylaşımı gəlib.
48 yaşlı fiqurist Marina Anisina “İnstagram” hesabında əri ilə videosunu yayımlayıb. Videoda cütlüyün fotosessiyasından kulis görüntüləri yer alıb. Kadrlarda mehriban ər-arvad bir-birini qucaqlayır və öpür.
“Mən həmişə özümü sevimli ərimlə çox yaxşı hiss edirəm. Sevdiyimiz insana günəş, hava və su kimi ehtiyacımız var”, - deyə qadın videonun altına şərh yazıb.
Videonu izləyən sosial şəbəkə istifadəçiləri paylaşıma fərqli reaksiyalar veriblər.
Bəziləri hesab edib ki, Marina Anisina bununla Ciqurdanın ona hörmətsizliyinə göz yumur, digərləri isə əksinə, onun cəsarətinə heyran qaldıqlarını qeyd ediblər.
Videonun altında “Əri onu aldadır, amma onun üçün hər şey gözəldir. İnsan özünə nə dərəcədə hörmətsizlik etməlidir ki…”, “Əminsiniz ki, o özünü sizinlə yaxşı hiss edir? O, öz davranışı ilə sizi ictimaiyyət qarşısında alçaldır. Axı sizdə özünəhörmət hissi olmalıdır”, “Əsl qadın məhz belə davranmalıdır. Əri bütün dünyaya rüsvay ediləndə onun müdafiəsinə qalxmalıdır”, “Nikita hər növbəti dəfə səhv edəndə Marina həmişə yaxşı nəsə yazır”, “Sanki o, hamını lağ edir” kimi ifadələr yer alıb.
Xatırladaq ki, məşhur rusiyalı balerina Anastasiya Voloçkovanın evində təşkil olunan şənlikdən yayılan videogörüntülər qalmaqala səbəb olub.
Videoda yarıçılpaq halda olan Anastasiya Voloçkovanın və rusiyalı aktyor Nikita Ciqurdanın olduqca səmimi görüntüləri yer alıb. Görüntülərdə cütlük qeyri-etik hərəkətlər sərgiləyərək rəqs edir, daha sonra Nikita Ciqurda balerinanı soyundurur və sadəcə alt geyimində qalan qadına qarşı etik olmayan hərəkətlərinə davam edir.
Rusiyalı balerina ilə çılpaq videosu yayılan aktyorun arvadından dəstək paylaşımı gəldi - FOTO/VİDEO
Mənbə: Gazeta.ru
Rəylər