Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rusiyada növbəti “çılpaq gecə”: Bu dəfə məşhur balerina qalmaqal yaratdı - FOTO
Məşhur rusiyalı balerina Anastasiya Voloçkovanın evində təşkil olunan şənlik qalmaqala səbəb olub.
Şənlikdən yayılan videoda yarıçılpaq halda olan Anastasiya Voloçkovanın və rusiyalı aktyor Nikita Ciqurdanın olduqca səmimi görüntüləri yer alıb.
Görüntülərdə cütlük qeyri-etik hərəkətlər sərgiləyərək rəqs edir, daha sonra Nikita Ciqurda balerinanı soyundurur və sadəcə alt geyimində qalan qadına qarşı etik olmayan hərəkətlərinə davam edir.
Kadrların sosial şəbəkələrdə yayılmasına görə Ciqurdanı günahlandıran Voloçkova videonun onun icazəsi olmadan paylaşıldığını bildirib. Həmçinin dostluqlarının da bitdiyini bəyan edib. Ciqurda isə ittihamları qəbul etməyib və üzr istəməsi üçün heç bir səbəb olmadığını deyib.
“Keçən il böyüklər üçün tamaşanın qapalı məşqindən olan bu videonu yayan mən deyiləm. Bunu ya videonu çəkən şəxs, ya da Anastasiya Voloçkovanın özü internetdə yerləşdirib. Nastenka özü məsələni qızışdırdı. Üstəlik də ad gününün qeyd edilməsinə az qalmış”, - deyə Ciqurda qeyd edib.
Qalmaqallı video Dövlət Dumasına qədər gedib çatıb və dumada Voloçkovanın çıxışlarının boykot edilməsi ilə bağlı rusiyalılara çağırış edilib.
“Əgər şouya biletlərin satışı dayanarsa, bütün heyrətləndirici tamaşalara son qoyulacaq”, - deyə Dövlət Dumasının Mədəniyyət üzrə Komitə sədrinin birinci müavini Aleksandr Şoloxov bildirib.
Xatırladaq ki, daha əvvəl rusiyalı aktrisa və bloqer Anastasiya İvleyevanın Moskvada yerləşən “Mutabor” klubunda təşkil etdiyi “çılpaq gecə”də qonaqlardan “faktiki olaraq çılpaq” gəlmələri istənilib. Tədbirdə Filipp Kirkorovdan başqa Dima Bilan, Lolita Milyavskaya, Qlyukoza, Anna Asti və jurnalist Kseniya Sobçak da iştirak ediblər.
Mənbə: “NEWS.ru” “Telegram”
Mövzuya aid xəbərlər
- “Çılpaq gecə”yə qatılan Filipp və Lolita Yeni il qış şousundan uzaqlaşdırıldılar
- “Çılpaq gecə”də iştirak edən Filipp Kirkorovla bağlı qərar verildi
- Məşhur rusiyalı sənətçi Lolitaya çılpaq toplantıdan sonra cəza veriləcək: “Dözməyə çalışacağam...”
- Rusiya estrada ulduzlarının üzr videoları yayıldı - VİDEO
- Rusiyada qalmaqallı “çılpaq gecə”nin təşkilatçısı həbs edilə bilər - FOTO