Dağıstanda Rusiyanın Xəzər donanmasının dəniz piyadaları topçularının hərbi təlimləri başlayır.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilir ki, təlimlərdə hərbçilər müdafə və hücum hərəkətlərini yerinə yetirəcəklər.
“Təlimlərin məqsədi artilleriya bölmələrinin hərəkətlərinin uzlaşdırılması, müxtəlif dərəcəli komandirlərin həm müdafiədə, həm də hücumda atəşin idarə edilməsi vərdişlərinin artırılmasıdır. 30 gün ərzində topçular “Nona” özüyeriyən artilleriya qurğusu, “Rapira” tank əleyhinə top, “Metis” və “Faqot” tank əleyhinə idarəolunan raketlərdən 50 müxtəlif təlim-döyüş atışları həyata keçirəcəklər”, - deyə, məlumatda bildirilir.