2015-ci ilin mart ayının 9-da məşhur rumın rejissoru Marian Krisanın filmi “Morgen”in təqdimatı baş tutub. Film Visbaden (Almaniya), Lokarno (İsveçrə), Salonik (Yunanıstan), Lissabon (Portuqaliya), Buenos-Ayres (Argentina və Reykyavikdə) (İslandiya) keçirilən beynəlxalq festivalda bir neçə mükafat qazanıb.
Oxu.Az xəbər verir ki, tədbir Rumıniyanın Azərbaycandakı səfirliyi və Fransız institutu tərəfindən Frankofoni həftəsi (8-15 mart 2015-ci il) çərçivəsində təşkil edilib.
Təqdimatda diplomatlar, mədəniyyət xadimləri və tələbələr iştirak edib.
Tədbiri açarkən Fransanın Bakıdakı səfiri cənab Paskal Monye iştirakçıları salamlayaraq “Frankofoni həftəsi”nin Azərbaycanda böyük maraq doğurduğunu vurğulayıb.
Rumıniya prezidenti Daniel Kristian Çiobanu, rumın və türk arasında möhkəm dostluqdan bəhs edən filmin təqdimatından razı qaldığını bildirib. Filmin baş qəhrəmanını türk aktyoru Yılmaz Yalçın oynayıb.
Dünyada Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət Rumıniya, Bakı ilə mədəniyyət də daxil olmaqla bütün sahələrdə ikitərəfli münasibətlərin iştirakına xüsusi diqqət ayırır.
Azərbaycan Rumıniyanın strateji əməkdaşıdır. İki dövlət əməkdaşlığı inkişaf etdirir.
Rumıniyanın Bakıdakı səfirliyi Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üçün səy göstərməyə davam edəcəklər.
