Rusiya Federasiyanın Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat Təlim İdarəsinin rəisi, general-leytenant Fanil Sərvarov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Moskvada Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Fanil Sarvarova sui-qəsd cəhdi olub.
Oxu.Az xəbər verir ki, məlumatı Rusiya mətbuatı yayıb.
Paytaxtın cənubunda yüksəkrütbəli hərbçinin "KIA Sorento" markalı avtomobilinin partlaması nəticəsində yaralandığı iddia edilir. Məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Xəsarət alan şəxsi maşından xilasedicilər çıxarmalı olublar. O, ağır qəlpə yaraları və sınıqlarla xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Hadisə Yasenevaya küçəsində yerləşən yaşayış binasının həyətində baş verib. Ehtimal ki, maşına əldəqayırma qurğu yerləşdirilibmiş.
Hadisə ilə bağlı cinayət işi açılıb.