Jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko Mərkəzi Afrika Respublikasında qarət zamanı öldürülüblər.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə polisindən bildiriblər.
Qeyd olunur ki, rusiyalılar nəzarət-buraxılış məntəqəsində yaraqlılar tərəfindən Kaqa-Bandoro şəhərindən qayıdarkən qətlə yetiriliblər.
Jurnalistlərin ölkədə olması barədə Rusiya səfirliyi və məsləhətçiləri məlumatlandırılmayıblar.