Rusiyalı məşhur müğənni Lyubov Uspenskaya təyyarənin göyərtəsində qalmaqal saldığına görə Moskva-Omsk reysindən kənarlaşdırılıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, stüardessa onun göyərtəyə iti ilə qalxmasına icazə verməyib. Bundan hiddətlənən müğənni ekipaj üzvləri ilə çənə-boğaz olub.
Heyət üzvləri gərginliyin artmasından sonra polis çağırmaq məcburiyyətində qalıb. Asayış keşikçiləri Uspenskayanın uçmasına icazə verməyib.
Müğənnin sonradan başqa hava reysi ilə Moskvanı tərk etdiyi bildirilir.
F.M.
www.oxu.az