Rusiya müdafiə naziri Sergey Şoyqu Mərkəz Hərbi dairəsində döyüş hazırlığı ilə bağlı qəfildən keçirilən yoxlamaların nəticəsini prezident Vladimir Putinə məruzə edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, nazirin bildirdiyinə görə, döyüş hazırlığı yoxlamalarına 65 mindən çox hərbçi, 177 təyyarə, 56 vertolyot, 5,5 min avtomobil və zirehli texnika cəlb edilib.
Şoyqunun sözlərinə görə, qəfil yoxlamalar bir daha göstərdi ki, Rusiya Silahlı Qüvvələri istənilən döyüşə tamamilə hazırdır.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Mərkəz Hərbi dairəsində döyüş hazırlığının yoxlanılması ilə bağlı əmr vermişdi. Yoxlamalar iyunun 21-dən 27-dək keçirilib.