Rusiyalı teleaparıcı Vladimir Solovyov Ginnesin Rekordlar kitabına düşüb. Jurnalist həftə ərzində canlı efirdə ən çox olan aparıcı kimi rekorda imza atıb.
TASS xəbər verir ki, Solovyov efirdə 25 saat, 53 dəqiqə və 57 saniyə olub.
Aparıcı 5 gün ard-arda azı 5 saat eefirdə olub.
Rekord hələ 2019-cu ilin mart ayında qeydə alınıb, indi isə rəsmiləşdirilib.
Bundan qabaqkı rekord yaponiyalı aparıcı Monta Minoya məxsus olub. O efirdə 21 saat, 42 dəqiqə olub.