Azərbaycan XİN-i rusiyalı yazıçı və siyasətçi Eduard Limovun adını “Qara siyahıya” daxil edib.
Oxu.Az xəbər verir ki, bu barədə İnterfaks-Azərbaycana XİN rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
“Limonovun məsələsi nəzərdən keçirilib. Onun Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfəri öz təsdiqini tapıb. Onun adı “Azərbaycanda persona non qrata siyahısı”na daxil edilib”, - H.Hacıyev bildirib.
S.S.
www.oxu.az