Rusiya lideri Vladimir Putinin prezident postunda fəaliyyətini ölkə vətəndaşlarının 81 faizi dəstəkləyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “İctimai fikir” fondunun apardığı sorğunun nəticələri göstərir.
Əgər növbəti bazar günü prezident seçkiləri keçirilsə, “Kimə səs verərdiniz” sualına rəyi soruşulanların 64 faizi “Putinə səs verərdim” cavabı səsləndirib. Respondentlərin 10 faizi Vladimir Jirinovskini, 4 faizi isə Gennadi Züqanovu seçib.
Məlumatda qeyd olunur ki, respondentlərin doqquz faizi seçkilərdə iştirak etməyəcəyini vurğulayıb.
Sorğu iştirakçılarının 78 faizi Rusiya liderinə inandıqlarını bildiriblər. Baş nazir Dmitri Medvedevi respondentlərin 41 faizi dəstəkləyib.
25-26 mart tarixində keçirilən sorğuda üç min insan iştirak edib.
S.B.
www.oxu.az