Filippinin Coral Agri-Ventures Farm Inc. şirkəti Rusiyaya dondurulmuş timsah əti tədarük edəcək.
Bu barədə icazəni Rusiya kənd təsərrüfatı məhsullarına nəzarət idarəsi verib. İdarə Filippin şirkətini öz məhsullarını Gömrük İttifaqı ərazisinə ixrac edə biləcək ölkələrin siyahısına daxil edib. Qərar Belarus və Qazaxıstanın baytarlıq idarələri ilə razılaşıdırılıb.
Bundan əvvəl Filippin Rusiyaya timsah əti tədarük etməyib, Oxu.Az TASS və Rusiya Federal Gömrük İttifaqına istinadən xəbər verir.
Qeyd edək ki, timsah əti Cənub-Şərqi Asiyada, Avstraliyada, Afrikada və Karib hövzəsi ölkələrində geniş yayılıb. Heyvanın əti onun nə yeməsindən asılı olaraq dəyişir. Hazırda yaşayan heyvanlardan timsahların ən yaxın qohumları quşlardır.