Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyanı Krım körpüsünə görə cəzalandırdılar
Avropa Birliyi Krım körpüsünün tikintisində iştirak edən altı Rusiya şirkətinə qarşı sanksiyalar irəli sürüb.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Avropa Birliyinin rəsmi jurnalı məlumat yayıb.
“Krımın ilhaqını və Sevastopol Şurasını tanımayan Avropa Birliyi Keçrensk körpüsünün tikintisini Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə qarşı fəaliyyət kimi qəbul edir”, - məlumatda deyilir.
Sanksiyalar “Mostotrest”, “Stroyqazmontaj”, “Hibrostroymost – Sankt-Peterburq institutu”, “Zaliv” gəmiqayırma zavodu, “Stroyqazmontaj – Körpü” və VAD şirkətlərinə aid edilib.
2016-cı ildə tikintisinə başlanılan Krım körpüsü 2018-ci il mayın 18-də istifadəyə verilib.
"Ukrayna" teqi üzrə xəbərlər
- Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Bayden administrasiyasından Kiyevlə bağlı sonuncu qərar
- Bakıda falçıdan ağlasığmaz əməllər - Müharibədən qoruma cadusu üçün 32 min alıb
- Ərdoğan Baydenin Rusiyaya zərbə endirilməsi qərarı ilə bağlı: "Barıt çəlləyinə od atmaq olacaq"
Rəylər