Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyanın ABŞ-dakı səfiri: Vaşinqton bəhanə axtarırdı
Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq əməkdaşı Sergey Skripal və onun qızının zəhərlənməsi məsələsi Vaşinqton üçün rusiyalı diplomatları geri göndərmək üçün bəhanə oldu.
Bu barədə Oxu.Az “İnterfaks”a istinadən xəbər verir.
Rusiyanın Birləşmiş Ştatlardakı səfiri Anatoli Antonov dünən jurnalistlərə açıqlamasında bildirib:
“Baş konsulluğa vurulacaq zərərin miqyası, informasiya hazırlığı və ötürülməsi onu bildirir ki, bunların hamısı əvvəlcədən planlaşdırılıb, lakin uyğun olan zamanı gözlədikləri üçün təxirə salınmışdı”.
O əlavə edib ki, Rusiyanın bu məsələdə iştirakı ilə bağlı heç bir sübut yoxdur.
Səfir Sietldə Rusiya Federasiyasının Baş konsulluğunun bağlanmasına münasibətini bildirib.
“Administrasiyanın rəsmi nümayəndələri açıqdan açığa Rusiyanın Baş konsulluğunun bağlanılmasının səbəbi kimi, onun sualtı qayıqların bazası və nəhəng müdafiə podratçısı olan “Boinq”in istehsalı ilə yaxınlığını əsas gətiriblər.
O qeyd edib ki, Birləşmiş Ştatların qarşılıqlı əlaqəyə hazır olduqları barədə danışıqları əməlləri ilə üst-üstə düşmədi.
“İnandırmalara baxmayaraq, sabiq administrasiyanın əvvəlki istiqaməti davam etdirilib. Rusiyanın rəsmi nümayəndələrinə və nümayəndəliklərinə vurulan zərbə - qarşıdurmaya qarşı yönəlmiş tədbirlərdir”, - səfir davam edib.
Onun sözlərinə görə, ABŞ-dan göndərilən diplomatların arasında “kosmos, elm və mədəniyyət, ticarət, əsirlikdə olanların taleyinin müəyyən edilməsi və xəbərsiz itkin düşənlərlə bağlı qarşılıqlı əməkdaşlıq edən məsul şəxslər də vardır”. Buna görə indi əlaqələrin bərpası və ortaq mövqelər axtarılması təxirə salınıb.
Əli Məmmədov
www.oxu.az
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- ABŞ Qrenlandiyadan Rusiyaya qarşı istifadə etmək istəyir
- Rusiya aeroportlarında tətbiq edilən məhdudiyyət aradan qaldırıldı
- Rusiyada aseton istehsalı zavodunda güclü yanğın baş verib
- Radarda təyyarənin obyekt, yoxsa dron olduğu bilinir? - Türkiyəli pilotlar detalları AÇIQLADILAR
- Vladiqafqaz hava limanında sərnişin özünü çamadanla səhv saldı
Rəylər