Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev 67 yaşında qəfil vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi və kollektivi dərin hüznlə bildirir ki, noyabrın 11-də Rusiya Federasiyasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Nikitiç Darçiyev 67 yaşında qəfil dünyasını dəyişib", - deyə nazirliyin məlumatında qeyd olunub.
Nazirlik onu yüksək peşəkarlığa malik, ABŞ üzrə tanınmış mütəxəssis kimi xarakterizə edib və Darçiyevin Rusiya xarici siyasətinin ən məsuliyyətli istiqamətlərindən birində fəaliyyət göstərdiyini vurğulayıb.