Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dövlət Departamenti Rusiya və ABŞ nümayəndə heyətlərinin İstanbul görüşünün yekunlarını açıqlayıb
"Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda keçirilən danışıqlar zamanı diplomatik nümayəndəliklərin işinin sabitləşdirilməsi üçün ilk addımları müəyyənləşdiriblər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda bildirilib.
"Amerika Birləşmiş Ştatları bank və müqavilə xidmətlərinə çıxışla bağlı narahatlığını ifadə edib, həmçinin ABŞ-nin Moskvadakı səfirliyinin sabit və davamlı kadr tərkibinin təmin edilməsinin zəruriliyini vurğulayıb", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Türkiyədə nümayəndə heyətlərinin görüşü fevralın 27-də baş tutub. ABŞ tərəfini dövlət katibinin köməkçisi Sonata Koulter, Rusiya tərəfini isə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin direktoru Aleksandr Darçiyev təmsil edib. Darçiyev Vaşinqtonda səfir vəzifəsinə namizəd kimi də tanınır.
"Koulter və Darçiyev bu məsələlər üzrə növbəti görüşün yaxın gələcəkdə keçirilməsi barədə razılığa gəliblər, lakin görüşün tarixi və yeri hələlik müəyyən edilməyib", - deyə Dövlət Departamentindən məlumat verilib.
ABŞ-nin Türkiyənin Arnavutköy rayonundakı baş konsulunun iqamətgahında keçirilən danışıqlar altı saat yarım davam edib.
"Rusiya-ABŞ münasibətləri" teqi üzrə xəbərlər
- Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
- Putin Rusiya-ABŞ danışıqları barədə: "Nəticə var"
- Rusiyalı politoloq: "Bakı Putin və Trampın görüşünün keçirilməsi məkanı üçün əsas namizəddir"
- Lavrov Rusiya ilə ABŞ arasında münasibətlərdə yaranan problemlərin səbəbini açıqladı
- ABŞ Rusiyanın dərinliklərinə zərbələr endirilməsi üçün "Storm Shadow"dan istifadəyə icazə verdi