Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İstanbulda Rusiya-ABŞ görüşü başa çatıb: Danışıqlar 6 saatdan çox davam edib
İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında səfirliyin işindəki problemlərə dair danışıqlar başa çatıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, görüş 6.5 saat davam edib.
Danışıqlar mətbuata şərh verilmədən bitib.
Bakı vaxtı ilə saat 17:20-də Rusiya nümayəndə heyətinin olduğu avtomobil ABŞ-nin İstanbuldakı baş konsulunun danışıqların aparıldığı iqamətgahı ərazisindən çıxıb.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl qeyd edib ki, danışıqların nəticələri ilə bağlı məlumat "bu və ya digər şəkildə veriləcək".
Görüşdən əvvəl Moskva və Vaşinqton arasında bu mövzuda iki ilkin təmas olub.

Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş başlayıb.
Oxu.Az-ın "Anadolu" Agentliyinə istinadla məlumatına görə, görüşdə iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası müzakirə edilir.
Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksək səviyyəli danışıqlar keçirilib.
Görüşlərin məqsədi, xüsusilə iki ölkə arasındakı etimadın bərpası, eyni zamanda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı məsələləri müzakirə etməkdir. Bu danışıqlar Rusiya və ABŞ arasında uzun müddət sonra keçirilən ilk yüksək səviyyəli görüşlərdir.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ər-Riyadda əldə edilən razılaşmaların mərhələli şəkildə həyata keçirildiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Rusiya-ABŞ danışıqlarının onlar üçün sürpriz olduğunu və bunu mətbuatdan öyrəndiklərini qeyd edib.
"Rusiya ilə Ukrayna arasında sülh danışıqları" teqi üzrə xəbərlər
- Tramp Ukrayna üzrə sülh danışıqlarındakı əngəli açıqladı
- Zelenski Rusiya ilə birbaşa danışıqlara başlamaq üçün şərtləri açıqlayıb
- Cənubi Koreyanın nəhəng şirkətləri Rusiyaya qayıtmağı planlaşdırırlar
- Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtini açıqlayıb
- Ər-Riyadda baş tutan ABŞ-Rusiya danışıqlarının nəticələri