Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Lion" Kvaratsxeliyanın PSJ-yə keçidi zamanı qanunsuzluğa yol verildiyini İDDİA EDİR
"Lion" PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın Fransa çempionatının 23-cü turunun oyununda iştirakına etiraz edib.
Oxu.Az xəbər verir ki, şikayət məktubunda oyunçunun PSJ-yə keçidində qanunsuzluğa yol verildiyi, bunun isə reqlamentin müddəalarını pozduğu bildirilib.
Qeyd edək ki, parislilər "Lion"la həmin matçda 3:2 hesabı ilə qalib gəlib, gürcü futbolçu məhsuldar ötürmə ilə yadda qalıb.
PSJ klubu Kvaratsxeliyanı bu ilin yanvarında "Napoli"dən 70 milyon avroya transfer edib.
"Xviça Kvaratsxeliya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar