Avropa Şurası Parlament Assambleyasının deputatları iyun sessiyasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin tam ləğvinə səs versələr, qərar 2016-cı ilin yanvar sessiyasınadək qüvvədə olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə AŞPA-nın yeni başçısı Ann Brassör xəbər verib.
Bu il yanvarın sonunda AŞPA Ukraynadakı vəziyyətə görə Rusiya nümayəndə heyətini aprel ayınadək əsas səlahiyyətlərdən, o cümlədən də səs hüququndan məhrum etdi.
Buna cavab olaraq, Rusiya nümayəndə heyəti 2015-ci ilin sonunadək Assambleyanı tərk edib. Daha sonra AŞPA aprel sessiyasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərini müzakirə etməmək barədə qərar qəbul edərək, müzakirələri iyun ayına keçirib.
“Mən irəli gedib nəticələrdən danışa bilmərəm, lakin əgər deputatlar səlahiyyətlərin tam ləğvinə səs versələr, bu, AŞPA-nın 2016-cı ilin yanvarın sonunadək davam edəcək sessiyaları ərzində qüvvədə olacaq”, - deyə, Rusiya tərəfinin iyunda nə gözləməli olduğu barədə sualı cavablandıran Brassör deyib.
Rəylər