Oxu.Az-ın suallarına politoloq, keçmiş diplomat Fikrət Sadıxov cavab verir:
- Azərbaycan və İran müdafiə nazirləri bu həftə Bakıda danışıqlar zamanı bir sıra maraqlı, o cümlədən müştərək müdafiə komissiyasına dair razılıq əldə ediblər. Təhlükəsizlik sahəsində iki ölkənin əməkdaşlığını necə qiymətləndirirsiniz?
- Reallıq, Azərbaycan və İran arasında qarşılıqlı münasibətlərdə vaxtı ilə mövcud olan və cari çətinliklər və müəyyən problemlərə baxmayaraq onların mehriban qonşuluğa və qarşılıqlı anlaşmaya səy göstərmələri ilə xarakterizə edilməsindən ibarətdir. Hər halda Azərbaycan tərəfindən. Biz hər zaman İranın mühüm, nüfuzlu regional dövlət olduğunu vurğulamışıq, bu, sərhədimiz olan və taleyinə laqeyd olmadığımız həmvətənlərimizin yaşadığı ölkədir.
Bu amillərdən çıxış edərək, biz bu münasibətləri dəstəkləməyə çalışırıq, o cümlədən də hərbi sahədə. Doğrudur, İran bizim HSK (Hərbi sənaye kompleksi) üçün prioritet deyil. Amma bu ölkənin regionda müəyyən maraqlarının olduğunu, və onunla müxtəlif sahələrdə sıx əlaqələrimizin mövcudluğunu nəzərə alsaq, düşünürəm ki, hərbi əməkdaşlıq da bu kontekstdə istisna deyil. Çox güman ki, bizim ölkə ilə əməkdaşlığa da maraqlıdır.
Tehran ən azından Azərbaycanın ərazi bütövlüyünü tanıyır. İranda bizim çəkdiyimiz problemləri anlayırlar. Bizə hərbi dəstək göstərməsələr də, düşünürəm ki, səylərin koordinasiyasının labüdlüyü, əsasən də sərhəd əməkdaşlığı sahəsində hər iki ölkənin maraqlarına cavab verir.
- Bu əməkdaşlığa İran ilə münasibətləri qarşılıqlı inamdan uzaq olan Qərbin mümkün neqativ reaksiyası təsir edə bilərmi?
- Bilirsiniz, biz, Qərbin Azərbaycanın xarici siyasətinin bu və ya digər prioritetlərindən qayğılanmasından narahat olduğumuz tarixi dövrü çoxdan keçmişik. Cari vəziyyətdə biz əsasən öz maraqlarımızdan çıxış edirik. Ən azından aparıcı dövlətlər, onların maraqları ilə hesablaşmağımız və onların nəyi doğru, nəyi yanlış saydıqlarını nəzərə almağımız üçün heç bir şey etməyiblər.
Uzun illər boyu, bunu həm həyat, həm də təcrübə təsdiqləyir, onlar beynəlxalq hüququn elementar norma və prinsiplərini iqnor edərək, öz strateji maraqlarını hər şeydən üstün tuturlar. Ona görə də, yaranan vəziyyətdə kiminsə müraciətlə çıxış edəcəyini və ya bizim münasibətlərə qarşı narazılıq bildirəcəyini düşünmək doğru olmazdı. Həm də indi Qərb bu ölkənin mühümlüyünü, onunla münasibətlərin bərpasının vacibliyini anlayaraq İrana qarşı pozitiv köklənib.
Bu, reallıqdır. Və Qərb regionumuzda etdiklərimizə təəccüblənməməlidir. Çünki regionda bu və ya digər halda nə etməli, hansı ölkə ilə qarşılıqlı münasibətin qurulmalı olduğunu biz daha yaxşı görürük.
Yetərincə sıx münasibətlər yaratmağa və sanksiyalar formatından çıxmağa çalışan ölkə onlar üçün əsas rəqib olmamalıdır. Yaxın Şərqdə baş verənlər həqiqi rəqibin Qərbin mübarizə apardığı siyasi, ekstremist və dini qüvvələrin olduğunu göstərir.
- Yeri gəlmişkən, regionda ekstremizm ilə mübarizə mövzusu da İran müdafiə nazirinin Bakı səfəri zamanı müzakirə edilib. Bu sahədə gələcək əməkdaşlıq barədə nə demək olar?
- Ümumiyyətlə, müəyyən qüvvələrin Yaxın Şərqdə, o cümlədən “Həmas” və “Hizbullah”ın İran tərəfindən dəstəkləndiyi sirr deyil. Bu heç zaman gizlədilməyib. Bununla yanaşı bu əməkdaşlığın, kiməsə inad olaraq deyil, müəyyən sabitliyin qorunması üçün baş verdiyi deyilir. Bu məsələnin bir tərəfi. Ümumilikdə isə biz digər çıxarışlar da edirik.
Bəs vaxtı ilə İŞİD-i kim yaratdı? Axı İran deyil. Eləcə də Əl-Qaidəni də İran yaratmayıb. Bu güclü qruplaşmaların yaradılmasında əsasən ABŞ kimi güclü dövlətlərin əli var.
Ona görə də bu gün kimi isə ittiham etmək və üstünə ad qoymaq çox asandır. Amma bunun arxasında müəyyən maraqlar durur. Ona görə də məhz bu səbəbdən bu ölkələr, sıx əməkdaşlığa, bir neçə dövlətin ərazisində hərbi hərəkatlarda iştirak etməyə, siyasi rejimlərin dəyişməsinə hazırdırlar.
Ona görə ölkələrdən hansınınsa Qərb üçün təhlükəli olduğunu və eyni zamanda onlarla danışıqların aparıldığını, müəyyən razılıqlara gəlinməsini demək - xüsusi təhlil və müvafiq qiymətləndirmə tələb edən təzaddır.
- Əvvəlki suala qayıtmaq istərdim. İranın müdafiə nazirinin Bakı səfərinə qayğılı yanaşmalı olan biri varsa da bu Azərbaycanın təhlükəsizlik sahəsində çoxdan əməkdaşlıq etdiyi İsraildir. Siz belə hesab etmirsiniz?
- Azərbaycan hər zaman İsrailin rolunu, bu dövlət ilə yetərincə sıx tərəfdaş münasibətlərini, qarşılıqlı münasibətləri nəzərə alıb və nəzərə almaqda davam edəcək. İş ondadır ki, bu münasibətlər üçüncü qüvvəyə qarşı yönəlib. Biz heç bir zaman bərabər olaraq İrana qarşı heç bir aksiya və ya layihələrdə iştirak etməmişik. Biz İsrailə əməkdaşlıq etmədiyimiz bu və ya digər dövlətə qarşı münasibətdə davranışının dəyişməsi şərtini qoymuruq.
Dünya siyasətində balans, eləcə də təmkinlik və müqabillik siyasəti mövcuddur. Biz İsrail ilə müxtəlif istiqamətli münasibətləri inkişaf etdiririk, əsasən də hərbi, siyasi və humanitar sahələrdə. Amma bu heç bir halda İranın maraqlarına zidd deyil.
Eyni zamanda, Tel-Əviv bizim İran ilə anti-İsrail aksiyalarda iştirak etməyəcəyimizi anlayır.
L.H.
www.oxu.az