Bakıda qızıl mağazasından oğurluq edən iki qadın saxlanılıb.
Oxu. Az-ın əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisində yerləşən qızıl mağazalarının birində baş verib.
Mağazadan 1 100 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən M.İsmayılova və A.İsmayılova müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12