Venesuela Prezidenti Nikolas Maduro Rusiyanın koronavirusa qarşı hazırladığı “Sputnik V” peyvəndinin kliniki sınaqlardan keçirilməsi üçün sentyabrda ölkəyə çatdırılacağını açıqlayıb.
Bu barədə “İzvestiya” məlumat yayıb.
“İlk peyvənd sentyabrda kliniki sınaqlar üçün Rusiyadan çatdırılacaq”, - deyə N.Maduro bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin avqustun 11-də koronavirusa qarşı hazırlanan dünyanın ilk vaksininin qeydiyyatdan keçdiyini bildirmişdi.
Preparata “Sputnik V” adı verilib. Onun istehsalına avqustun 15-də başlanıb.
İlk olaraq həkimlər və risk qrupundan olan vətəndaşlara peyvənd vurulacaq. Sentyabrın ortalarından isə mülki vətəndaşların kütləvi peyvəndinə başlanacaq.