Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.
“Xoşbəxtlikdən, diplomatik missiyanın həyətyanı ərazisinə düşən mərmilərdən biri partlamayıb. İkinci mərmi isə səfirliyin yaxınlığına düşüb. Partlamamış minaların zərərsizləşdirilməsi üçün istehkamçılar cəlb olunub”,- məlumatda qeyd olunur.
S.B.
www.oxu.az