Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rusiyanın ən yaşlı məhbusu öldü
84 yaşlı Aleksandr Aniskinin meyiti Altay diyarındakı cəzaçəkmə müəssisəsində tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" məlumat yayıb.
Məlumata görə, həkimlər Aniskinə qapalı kəllə-beyin zədəsi, beyin əzilməsi və ağır hematoma diaqnozu qoyublar. Versiyalardan birinə görə, 84 yaşlı məhbus koloniyadakı digər məhbusların hücumunun qurbanı olub.
Aleksandr Aniskin dostu ilə qızğın mübahisə etdikdən sonra onu yaşayış binasının dəhlizində bıçaqladığı üçün 2020-ci ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2019-cu ilin iyulunda Biysk şəhərində baş verib.
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
- Rusiya Ukraynada atəşkəs təklifindən niyə narahat olduğunu açıqlayıb
- Paşinyan Rusiyadan NƏ İSTƏYİR? - Tramp İrəvanın planını DƏYİŞDİ
- Rusiyada kişinin gözünə mismar girdi
- Rusiyada naməlum şəxs uşaq bağçasında odlu silahdan atəş açdı: Yaralanan var
- Avropa Rusiyaya qarşı genişmiqyaslı silahlanmaya hazırlaşır
Ən çox oxunanlar