Rusiyanın Avropadan ərzaq və kənd təsərrüfatı məhsullarının idxalına qoyduğu qadağa Avropa İttifaqı ölkələrində 130 min, o cümlədən Polşada 23 min, Almaniyada 21 min iş yerinin itirilməsinə səbəb ola bilər. Bu qadağaya görə 165 milyon avro itki ilə üzləşən Belçikada isə üç min iş yeri itirilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə ING bank-sığorta qrupu məlumat verib, RİA Novosti yazır.
ING tədqiqatçıları belə nəticəyə gəliblər ki, Rusiyanın bu qadağalarından ən çox Estoniya, Latviya və Litva iqtisadiyyatı zərər çəkəcək.
Bank-sığorta qrupu ABŞ üçün də mümkün itkiləri hesablayıb. Belə ki, Rusiyanın müvafiq tədbirləri ABŞ iqtisadiyyatına 11 min iş yerinin itirilməsi bahasına başa gələ bilər.
Xatırladaq ki, bu il avqust ayının əvvəlində Rusiya ona qarşı sanksiya tətbiq edən ABŞ, Aİ dövlətləri, Kanada, Avstraliya və Norveçdən bir il müddətinə kənd təsərrüfatı və ərzaq məhsullarının idxalına qadağa qoyub. Ölkəyə gətirilməsi qadağan edilən məhsullar siyahısına mal, donuz və quş ətləri, meyvə-tərəvəz, süd məhsulları, qoz-fındıq və sair ərzaqlar daxil edilib.