Qeyri-rəsmi olaraq "Qiyamət günü radiostansiyası" (UVB-76 və ya "JURV") adlandırılan və sirli yayımları ilə tanınan Rusiyanın qısadalğalı radiostansiyası efirdə növbəti dəfə aktivləşib.
Oxu.Az xəbər verir ki, bu barədə stansiyanın fəaliyyətini izləyən "UVB-76 logi" "Telegram" kanalı məlumat yayıb.
Bu gün, oktyabrın 2-də Bakı vaxtı ilə saat 12:21-də efirdə "NJTİ" çağırış siqnalı ilə başlayan şifrəli mesaj səsləndirilib.
Radioteleqram vasitəsilə ötürülən ardıcıllığın tam mətni bu cür olub:
"NJTİ 44521 METİLENOVIY 4638 1726".
Diqqətçəkən məqam odur ki, bu, gün ərzində qeydə alınan ikinci siqnal olub.
Daha əvvəl stansiya efirə "AKUŞERKA" kod sözünü göndərmişdi.