Rusiya İdman Federasiyasının rəhbəri Vitali Mutko FİFA-nın Şurasına seçkilərdə iştirak edə bilməyəcək.
Oxu.Az AR-ə istinadən xəbər verir ki, rusiyalı sabiq nazir təşkilatın müvafiq tələbləri üzrə yoxlamadan keçə bilməyib.
Etirazın səbəbi isə Mutkonun Rusiya hökumətində ikinci vəzifəsidir.
Xatırladaq ki, FİFA-nın yeni Şurası aprelin 5-də Helsinkidə UEFA-nın Konqresində seçiləcək.
N.О.
www.oxu.az