Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RF Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, hadisə noyabrın 2-də yerli vaxtla saat 10:35-də baş verib. Mərmilərdən biri səfirliyin ərazisinə düşüb.
İnsident zamanı diplomatik nümayəndəliyin əməkdaşları arasında xəsarət alan olmayıb.
S.B.
www.oxu.az