Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 112 470 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 084 tank, 6 154 zirehli maşın, 2 073 artilleriya sistemi, 434 reaktiv yaylım atəşi sistemi, 217 hava hücumundan müdafiə sistemi, 285 təyyarə, 275 helikopter, 1 860 PUA, 723 qanadlı raket, 17 gəmi/qayıq, 4 817 avtomobil texnikası və avtosistern, 183 xüsusi texnikadan ibarətdir.
